Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi SEÇİLDİbackend

Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi SEÇİLDİ

Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Qurumdan KONKRET.az-a verilən məlumata görə, iclasda Azər Əliyev MOK-un yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.

Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*