“Azərbaycan Ermənistana qarşı böyük müharibəyə HAZIRLAŞIR” – Davtyan – FOTObackend

"Azərbaycan Ermənistana qarşı böyük müharibəyə HAZIRLAŞIR" - Davtyan - FOTO

“Azərbaycan Ermənistana qarşı böyük müharibəyə hazırlaşır və bunun üçün səylərini əsirgəmir”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan məsələləri üzrə ekspert Qarnik Davtyan feysbukda yazıb.

O bildirib ki, Azərbaycan Ermənistana qarşı böyük müharibəyə hazırlaşır.

“Azərbaycan son 2 ildə Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində hərbi strateji hesab edilən 334 km yeni yol çəkib.

Bundan başqa, yeni yol Murov dağından keçir. Kəlbəcərdə bir çox yolların ya keçilməz olmasına, ya da qışda keçmək çox çətin olmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşı böyük müharibəyə hazırlaşır və bunun üçün səylərini əsirgəmir.

Kəlbəcərdə yeni hərbi hissələr tikilib, çoxlu sayda hərbi texnika toplanıb. Azərbaycan hər şeyi edir, növbəti hücum olacağı təqdirdə Zəngəzuru asanlıqla sındıracaq və Ermənistandan asanlıqla ayıracaq.

Ermənistanın qeyri-erməni hökuməti “Sülh erası” adı altında Ermənistan Müdafiə Nazirliyinin fəaliyyətə başlaması üçün 2 il ərzində heç nə etmədi.

Qeyd: Xəritədə göstərilən yol xətti şərtidir”, – deyə Davtyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vuqar
    Dekabr 21, 2022 - 00:06

    Buna baş altına ..erməni yastığı..deyirlər!

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*