Azərbaycan əsgəri erməni separatçısı ilə dəyişdirilə bilər? – MÜHÜM AÇIQLAMAbackend

Azərbaycan əsgəri erməni separatçısı ilə dəyişdirilə bilər? – MÜHÜM AÇIQLAMA

Ermənistana əsir düşən Azərbaycan hərbçisinin Bakıda saxlanılan erməni separatçılarından biri ilə dəyişdirilməsi məsələsi İrəvanda təklif kimi düşünülür və bu, birmənalı qarşılanmır. Ermənistan tərəfində bu təşəbbüsün hansı məqsədlə müzakirə olunduğu, Azərbaycanın mümkün mübadiləyə münasibətinin necə olacağı və prosesin sülh danışıqlarına təsir göstərib-göstərməyəcəyi diqqət mərkəzindədir. Məsələnin həssas tərəfi isə ondan ibarətdir ki, söhbət yalnız əsir düşən hərbçinin geri qaytarılmasından getmir. Müzakirə olunan məsələnin mahiyyətində Bakıda saxlanılan və ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunan erməni separatçılarından birinin azad edilməsi dayanır. Bəs belə bir mübadilə nə dərəcədə mümkündür?

Mövzunu “KONKRET.az“a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistana keçən hərbi qulluqçumuzun bənzər vəzifə və rütbədə olan əsgərlə dəyişdirilməsi mümkündür:

Hərbi ekspert Ədalət Verdiyev həbs edildi - Dövlət sirri... - Avtosfer.az

“Amma gələcəkdə Ermənistandan Azərbaycana bənzər şəraitdə silahlı əsgər keçsə, bu zaman rəsmi İrəvan onun əvəzində Bakıya kimi qaytaracaq? Problemin kökü məhz bu məsələdədir. Ona görə də, Ermənistan qarşılıqsız olaraq hərbi qulluqçumuzu Azərbaycana təhvil verməlidir. Həmin əsgər barəsində Azərbaycanın mövcud qanunvericiliyinin tələbləri çərçivəsində araşdırma aparılmalıdır. Bakıda saxlanılan erməni separatçılarla bağlı isə tam obyektiv araşdırmalar aparılır və hüquqi qiymət verilir. Buna heç kimin şübhəsi olmamalıdır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*