Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıbbackend

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Bu ilin ilk doqquz ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 170,4 milyon ABŞ dolları olan 6 367 ədəd minik avtomobili idxal edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə avtomobillərin sayı 3 840 ədəd və yaxud 37,6% azalıb.

Yanvar-sentyabrda Gürcüstandan ümumilikdə 2,1 milyard ABŞ dolları dəyərində 82 527 ədəd minik avtomobili təkrar ixrac olunub ki, bunun da 7,72%-i Azərbaycanın payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*