Azərbaycan qırıcıları qaldırdı: “Hədəflər” vuruldu – Videobackend

Azərbaycan qırıcıları qaldırdı: “Hədəflər” vuruldu - Video

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.

Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə ustalıqla manevrlər edir, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və terrorçuların yerüstü mövqelərinə zərbələr endirilir.

Məşqlərin məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasiələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olmaq və onların təlimdə qarşıya qoyulmuş tapşırıqların mürəkkəb hava və relyef şəraitində yerinə yetirilməsi üzrə qabiliyyətlərini yoxlamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*