Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüatbackend

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

“Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən “Nava Khoryv” kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanlarına SOS siqnalı göndərərək gəminin dronların hücumuna məruz qaldığını və təcili xilasetmə yardımına ehtiyacı olduğunu bildirib”.

KONKRET.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Rumıniyanın “Nine O”Clock” qəzetinin təsisçisi və rəhbəri Mihai Manea Qara dənizdə – Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması hadisəsini şərh edərkən deyib.

O bildirib ki, doqquz ekipaj üzvü xilasetmə qayıqlarına minə bilib:

“Onlardan biri həyatını itirib, digər üç nəfər isə hələ də itkin düşmüş hesab olunur”.

Onun sözlərinə görə, koordinasiya mərkəzinin qrupları hadisə yerinə doğru yola düşüb və axtarış-xilasetmə əməliyyatları yalnız dənizdən həyata keçirilir:

“Hava şəraiti Daxili İşlər Nazirliyinə məxsus helikopterlərin ərazi üzərində uçmasına imkan vermir. Güclü külək əsir, duman var və dalğalar nisbətən hündürdür. Bu, ilk belə hadisə deyil. Son bir ay ərzində Qara dənizin həm Rumıniya, həm də Bolqarıstan sahillərində bir neçə gəmiyə – onların əksəriyyəti neft tankerləridir – hücum edilib.

Ticarət gəmisinin göyərtəsində 10-u Ukrayna, 3-ü və Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 13 nəfər olub. Rumıniya Dəniz Administrasiyasının nəzdində fəaliyyət göstərən Dəniz Koordinasiya Mərkəzinə bu gün səhər saat 10:00 radələrində Rumıniyanın ərazi sularından kənarda, Konstansa sahilindən 13 dəniz mili məsafədə olan “Nava Khoryv” gəmisinin qəza vəziyyətində olması barədə məlumat daxil olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*