Azərbaycanda 4,1 ton narkotik məhv edildibackend

Azərbaycanda 4,1 ton narkotik məhv edildi

Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,8 ton olan 7 850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən isə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 ton olan 2 628 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*