Azərbaycanda avtomobil almaq istəyən şəxsdən gözlənilməz hərəkət: Silahını çıxarıb… – VİDEObackend

Azərbaycanda avtomobil almaq istəyən şəxsdən gözlənilməz hərəkət: Silahını çıxarıb... - VİDEO

Hadisə Tərtər rayonunda baş verib.

KONKRET.az xəbər verir ki, Bakı şəhər sakini Cəbrayıl Süleymanov Daxili İşlər Nazirlyinin “102 – Zəng Mərkəzi”nə müraciət edib.

O, əvvəlcədən razılaşdığı Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə avtomobilini Tərtərə gətirdiyini, Sərvər Hüseynovun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sərvər Hüseynov ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmaların davamı olaraq Sərvər Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*