backend

Azərbaycanda bank sədri HƏBS EDİLDİ

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

KONKRET.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

“Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*