Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır.
KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin mağazadan Masallı rayon polis şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:
“Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.