Azərbaycanda benzin qıtlığı yarana bilər? – VACİB AÇIQLAMAbackend

Azərbaycanda benzin qıtlığı yarana bilər? - VACİB AÇIQLAMA

“Rusiyada benzin qıtlığı və ixrac məhdudiyyətləri ilə bağlı xəbərlər müəyyən narahatlıq yaratsa da, bunun Azərbaycanın yanacaq bazarına birbaşa və ciddi təsir göstərəcəyi mütləq deyil”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”

“Azərbaycanın öz neft emalı imkanları mövcuddur və daxili tələbatın əhəmiyyətli hissəsi yerli istehsal hesabına ödənilir. Bu da xarici bazarlarda baş verən dəyişikliklərin təsirini müəyyən qədər azaldır”.

A.Nəsirli vurğulayır ki, bununla belə, regionda yanacaq bazarında baş verən proseslər qiymətlərə və idxal imkanlarına dolayı təsir göstərə bilər.

“Əgər beynəlxalq bazarda təklif azalarsa və qiymətlər yüksələrsə, bu, müəyyən məhsullar üzrə əlavə xərc yaradacaq. Lakin daxili bazarda təminatın davamlı olması üçün alternativ tədarük imkanları və yerli istehsal mühüm üstünlük hesab edilir. Buna görə də mövcud vəziyyət diqqətlə izlənilsə də, qısamüddətli dövrdə ciddi yanacaq qıtlığı gözlənilmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*