Azərbaycanda dəhşətli QƏTL – Ata, ana və iki oğlu odlu silahla qətlə yetirildi – YENİLƏNİBbackend

Azərbaycanda dəhşətli QƏTL – Ata, ana və iki oğlu odlu silahla qətlə yetirildi - YENİLƏNİB

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

KONKRET.az xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.

23:45

Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*