Gəncə şəhəri, Kəpəz rayonu Məmməd Xələfov küçəsində qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, şəhər sakini 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızı 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu tərəfindən qətlə yetirilib.
Qadın yaşadığı evin qarşısında bıçaqla öldürülüb.
İlkin məlumata görə, Günay Amanova Qafar Amanovla evil olub. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra təxminən 2 ay əvvəl rəsmi şəkildə ayrılıblar.
Daha ətraflı Baku TV-nin süjetində:
17:03
Gəncə şəhərində bazarda qətl hadisəsi baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Qafar Amanov bir müddət öncə ayrıldığı həyat yoldaşı 1990-cı il təvəllüdlü Gülay Amanovanı bıçaqlayıb.
Hadisə “Gəncə səbəti” deyilən bazarda baş verib. Nəticədə G.Amanova vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
