Azərbaycanda kiloqramı 500 DOLLARA ət satılacaqbackend

Azərbaycanda kiloqramı 500 DOLLARA ət satılacaq

Dünyanın ən baha əti hesab olunan kobe əti fantastik qiyməti ilə daim müzakirələrə səbəb olur.

Bəs xüsusi növ ət hesab olunan bu qidanı digər ət növlərində fərqləndirən nədir? Bu ət növünün Azərbaycanda da istehsalı mümkündürmü?

KONKRET.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

“Ətin keyfiyyəti ətin alındığı heyvana olunan qulluq və onun yeminin keyfiyyəti ilə ölçülür. Kobe əti, əsasən, Yaponiyada istehsal olunur və bu ət xüsusi cins heyvanlardan alınır. Kobe ətinin özəlliyi ondan ibarətdir ki, bu ətin tərkibində çoxlu piy qatları mövcuddur və bu baxımdan yumuşaq və daha qidalı olur. Buna görə də bu ətlər adi ət növlərindən dəfələrlə baha qiymətlərə təklif olunur. Yaponiyada istehsal olunan bu heyvanların başqa ölkələrdə yetişdirilməsi də mümkündür. Məndə olan ilkin məlumata görə, Şəki rayonunda hazırda kobe ətinin yetişdirilməsi üzrə işlər gedir. Rusiyada da bu cür bahalı ət növləri mövcuddur. Burada buzovlar xüsusi setkaların içərisində endirilir, qidalandırılır və daha sonra yenidən hərəkətsiz şəraitdə saxlanılmağa davam etdirilir”.

Ekspert qeyd edib ki, kobe ətlərinin kiloqramı hətta yetişdirildiyi Yaponiyada belə 200-500 dollar aralığında dəyişir. Bu ətin fərqli növlərinin olması da qiymət fərqi yaradan amillərdəndir.

“Kobe əti müəyyən zonada seçilmiş heyvan cinsindən xüsusi bəslənmə yolu ilə əldə edilir. Lakin bu ət növünün də ayrılıqda bir neçə növü mövcuddur. Məsələn, inəyi açıq ərazidə sadəcə çobanyastığı sahələrində bəsləyən şəxs onun ətini daha baha qiymətə satır, nəinki onu qapalı yerdə böyüdən şəxs. Həmçinin belə qulluğu xüsusi formada aparılan heyvanlara daha iştahlı yemələri üçün pivə verilir, onlar hər gün masaj olunur və xüsusi temperaturda vaxtı-vaxtında çimizdirilir, hərəkətinin azlığına diqqət olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*