Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olaraq qalır.
Bəs belə bir qərarın qəbul edilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələcəkdə kişilər üçün pensiya yaşının yenidən artırılması ehtimalını istisna etmək olmaz.

Onun sözlərinə görə, Azərbaycan pensiya siyasətində əsasən Avropa ölkələrinin təcrübəsini izləyir:
“Belə bir ehtimal var. Azərbaycanda pensiya yaşı ilə bağlı qərarlar əsasən Avropadakı tendensiyalara uyğun formalaşdırılır. Ölkəmizdə demoqrafik vəziyyət də ürəkaçan deyil. Avropanın bir çox ölkəsində pensiya yaşı artıq 67-yə qədər yüksəldilib. Buna görə də gələcəkdə Azərbaycanda da, təəssüf ki, bu təcrübədən istifadə oluna bilər”.
İqtisadçı hesab edir ki, əhalinin yaşlanması, əmək bazarında çalışanların sayının azalması və pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi kimi amillər gələcəkdə bu istiqamətdə yeni qərarların qəbuluna təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Azerbajcan Avropa deyil,ki yarışsın Azerbajcan avropaya çatmasına 100 il var ona görədə Azərbaycanda 65 yaş belə çoxdur,Avropada insanlar 110 yasa kimi çoxu yaşayır orta yaş avropada 80 Yasin üstündədir Azərbaycanda orta yaş 65 ola olmaya,sizin bu mülahizə öz doğru deyil,düzgün qiymətləndirin,kor təbii iş görülmür birinci millətin demoqrafik artımı sayılır və orta yaş həddi,və hər il ölüm sayı hesablanır sonra orta məxrəc hesablanır pensiya yaşı hesablanır Avropada qoyun bizimdə bacarığı olmayan memurlarda başdan yox bu üsuldan istifadə etsinlər kor təbii yox ağıllı duyursan istifadə etsinlər.
Əgər belə addım Azərbaycanda atılarsa mən şəxsən belə ölkənin vətəndaşligindan imtina edərəm.Biz deyirik yaş həddini aşagı salsınlar hansısa axmagın biri belə təklif irəli sürür.Mən müəlliməm, həmin adam gəlib indiki uşaqlara dərs keçsin,sonra yaş həddindən danışar.Müəllimlərin əksəriyyəti əsəb xəstəliyinə,şəkər xəstəliyinə tutulub. Dövlət qulluqçusu statusunuda müəllimlərə çox gördülər.Həticələrimizə,göstəricilərimizə də qiymət verən yoxdur.Gözləyirik bircə pensiya yaşimız tez gəlsin,canimızı qurtaraq.Müəllimlərin əksəriyyətinin fikri belədir.
Ay Avropa yoluyla getmək istəyən savadsız müştəbehlər bəs Avropada verilən yüksək əmək haqqını ,sosial təminatları niyə müqayisə etmirsiniz ,kor gözünüz görmək istəmir onu.
Hörmətli cənab hökumət nümayəndələri, hörmətli millətin millətdən xəbəri olmayan, ayda 7000 maaş alan ‘vəkilləri, xalqı düşünün, bu xalq həmin xalqdır, 1988-ci ildəki xalq, tətikləyən olsa bir gün beyni çönüb sizi prezident qarşıçıq zibil yeşiyinə atacaq. ayılın, ey bədbəxtlər, ayılın! Azərbaycan xalqı ilə məzələnmək, ələ salmaq sizin ən axmaq sonunuzu gətirəcək, vallah, billah bu olacaq, gec, ya tez, ayılın!!!!!
Pensiya yaşı qalxsın, amma pensiyaçı 2000 manat olacaqsa lap 75 olsun, ziyanı yoxdu. Bu ,alqı düşünün, cənablar, yuxarıda mövqe tutan cənablar, düşünün. Bu xalq hələ səbr edir, dözür,bir gün səbri tükənəcək, vay o gündən Ayılıb, cənablar, ayılıb. Allahın və xalqın qəzəbindən qorxun, əgər vicdan deyilən şey varsa sizdə
Yazix bu Siasətə
Mən 43 ildir müəllim işləyirəm.Gözləyirəm ki,22.01.2027-ci ildə pensiyaya çıxacam və qismət olsa aldığım pensiya ilə birtəhər dolanım.Çünki təzyiq,şəkıər,ürək problemim var.İnsafuz olsun özüz pulu xərcləməyə yer tapa bilmirsüz,biz isə əksinə dava -dərmana pul tapa bilmirük.Əgər vicdanuz varsa bu qərarı verməyün.