Qubada oğul atasını balta ilə öldürdü – YENİLƏNİBbackend

Qubada oğul atasını balta ilə öldürdü - YENİLƏNİB

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov  yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

09:51
Quba rayonunda qətl hadisəsi olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Rustov İnzibati Ərazi Dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*