Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi – YENİLƏNİBbackend

Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi - YENİLƏNİB

Gəncə şəhər prokurorluğu şəhərdə baş verən qətllə bağlı məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan KONKRET.az-a daxil olan məlumata görə, avqustun 28-də saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirovun Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.

***

09:18
Gəncədə qətl hadisəsi baş verib.

KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*