Azərbaycanda metapnevmovirus yayılıb? – Həkim elə şeylər danışdı ki….backend

Azərbaycanda metapnevmovirus yayılıb? - Həkim elə şeylər danışdı ki....

Son günlər ölkədə qripəbənzər simptomlarla müşahidə olunan xəstəlik hallarının artdığı bildirilir. Yüksək və uzunmüddətli hərarət, boğaz ağrısı və öskürək kimi əlamətlər vətəndaşlar араsında  narahatlıq yaradıb, sosial şəbəkələrdə bunun metapnevmovirus və ya başqa bir virus ola biləcəyi ilə bağlı müzakirələr aparılır.

Görəsən, yayılan bu xəstəlik həqiqətən metapnevmovirusdurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hazırda yayılan halları konkret olaraq hansısa virusla əlaqələndirmək üçün rəsmi statistik və tibbi əsas yoxdur.

3-cü sinifdə oxuyan uşaqlar 8-9-da oxuyan uşaqlara bənzəyirlər" -  Terapevtdən AÇIQLAMA

Onun sözlərinə görə, hər soyuqdəymə halını virus kimi qiymətləndirmək düzgün deyil:

“Qrip virusu deyilən anlayış var, insanlar özünü soyuqdəyməyə verdikdə bu cür hallar baş verə bilər. Hazırda bununla bağlı statistik olaraq qeydə alınmış məlumat yoxdur. Qeyd olunmayan bir şeyi şərh etmək də düzgün olmaz”.

Həkim qeyd edib ki, vətəndaşlar belə simptomlarla qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət etməlidirlər. Onun sözlərinə görə, bu dövrdə insanlar daha diqqətli olmalı, hava şəraitinə uyğun geyinməli, immuniteti gücləndirmək üçün təbii qidalardan istifadə etməlidirlər.

Mütəxəssis yayılan xəstəliyin metapnevmovirus olması ilə bağlı iddiaları da təsdiqləməyib və bildirib ki, bununla bağlı rəsmi təsdiq yoxdur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*