Azərbaycanda oynamış futbolçuya cinayət işi açıldıbackend

Azərbaycanda oynamış futbolçuya cinayət işi açıldı

“Qəbələ”nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.

KONKRET.az xəbər verir ki, hazırda “Lex”də çıxış edən gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub.

Dərhal hadisə yerinə gələn polislər onun içkili olduğunu müəyyənləşdiriblər. 29 yaşlı oyunçunun sürücülük vəsiqəsi əlindən alınıb, həmçinin ona cinayət işi açılıb.

Qeyd edək ki, Nika Kvekveskiri 2015-2016-cı illərdə “İnter”də, 2016-2017-ci illərdə isə “Qəbələ”də çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*