Azərbaycanda polisi güllələyən bu şəxslər axtarılır – FOTObackend

Azərbaycanda polisi güllələyən bu şəxslər axtarılır - FOTO

Azərbaycanda polisə atəş açan şəxslər axtarışa verilib.

KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl Qaxda polis əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçan şəxslərin fotorobotu hazırlanıb.

Şübhəli şəxslərin tutulması üçün əməliyyat qrupu yaradılıb və intensiv axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə mayın 21-də qeydə alınıb. Qax rayon Polis Şöbəsinin əməkdaşı iki nəfər silahlı şəxs görüb. Polis həmin şəxslərə yaxınlaşanda onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı yaralanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*