Azərbaycanda qadın taksi sürücüsünü BIÇAQLADIbackend

Azərbaycanda qadın taksi sürücüsünü BIÇAQLADI

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G.Məmmədovanın V. Məhərrəmovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Faktla bağlı polis araşdırmaya başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*