Daşkəsən rayonunda qadın öldürülüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.
Qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.
Qadının qardaşı Elvin Abbasov isə bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
***
Daşkəsən rayonunda qardaşı qadını odunla öldürüb.
KONKRET.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Elgün Abbasovanın qardaşı Elvin Abbasovun namus üstündə bacısını öldürdüyü bildirilir.
Qızın atası Elşad Abbasov cinayəti öz üzərinə götürməyə cəhd edib.
Hazırda araşdırma aparılır, hər ikisinin izahatı alınır.
