Gəncə şəhərində iki qardaş bıçaqlanıb.
KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən hadisə şəhərin “Azərbaycan” küçəsində baş verib. Gəncə şəhər sakinləri 1990-ci il təvəllüdlü Nifətliyev Xəyal Fazil oğlu və onun qardaşı Niftəliyev Turan bıçaqlanıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılardan Xəyal Niftəliyevin vəziyyəti daha ağırdır .O,əməıiyyat edilib. Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib və hadisənin təfərrüatları dəqiqləşdirilir.
İlkin məlumata görə hadisə qardaşların düşən “söhbəti bağlamaq” istəyərkən baş verib.
Kamil Məmmədov,
KONKRET.az