Baş Prokurorluğun mətbuat xidməti mətbuatın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Məmməd Qəribovun məhkəmənin qərarı ilə həbs edilməsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, onun nədə ittiham olunması barədə hələlik rəsmi açıqlama verilməyib.
***
12:52
Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.
KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.
Onun külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.
