backend

Azərbaycanda şirkət rəhbəri həbs olundu

Azərbaycanda şirkət rəhbərinin həbs edilməsi üçün əməliyyat keçirilib.

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Adıgözəlov Füzuli Qəşəm oğlu həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.

Füzuli Adıgözəlovun MMC rəhbəri olduğu bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*