Azərbaycanda süni intellekt dərsləri keçilə bilər…backend

Azərbaycanda süni intellekt dərsləri keçilə bilər...

Bu tədris ilindən etibarən Çində bütün ibtidai və orta məktəb şagirdləri üçün süni intellekt dərsləri məcburi fənn kimi tədris olunacaq. Maraqlıdır, bu sistem yaxın gələcəkdə Azərbaycanda da tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, yaxın gələcəkdə bu sistemin Azərbaycanda da tətbiqinə ehtiyac var:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

“Artıq orta məktəblərdə süni intellekt dərsləri keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinə baxsaq, təhsil sistemi daha çox müasir texnologiyalara istiqamətlənib. Bugün süni intellekt həyatımızın bir parçasına çevrilib. Bir çox işlər robotlar və robotlaşdırılmış proqramlar vasitəsilə həyata keçirilir. ChatGPT kimi proqramlar isə bizə həm məlumat təqdim edir, həm də yol göstərir. Gələcək bu istiqamətdə qurulur və bəzi ixtisasların yerini robotların alacağı gözlənilir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, əgər Azərbaycan məktəblərində kommunikasiya laboratoriyaları və süni intellektin tədrisi üçün şərait yaradılmasa, bu dərslərin keçirilməsi formal xarakter daşıyacaq:

“Əgər biz şagirdlərimizi 5-ci sinifdən etibarən süni intellektlə tanış etsək, onların bu sahəyə marağı artacaq. 11-ci sinfə qədər müvafiq biliklərə yiyələnən şagirdlər həm ali təhsil, həm də gələcək həyatlarında mühüm üstünlüklər əldə edə bilərlər. Təhsil sistemində keçmişin arxasında qalmaq olmaz, gələcəyə yönəlməliyik”.

Nurəliyev qeyd edib ki, yalnız Çin deyil, Avropanın inkişaf etmiş ölkələrində də ümumtəhsil müəssisələrində artıq süni intellekt dərslərinə yer ayrılır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*