Azərbaycanda tələbə niyə intihar edib? — ŞOK TƏFƏRRÜATbackend

Azərbaycanda tələbə niyə intihar edib? — ŞOK TƏFƏRRÜAT

Şəkidə tələbənin intiharı ilə bağlı cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, Şəki rayonunun Aşağı Layısqı kəndində 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb.

İntihar edən 20 yaşlı Mahizər Qasımova tələbə olub.

İstintaq araşdırması zamanı Mahizər Qasımovanın intihar etməsində Mustafayev İsmayıl Mahir oğlu günahkar bilinib.

İsmayıl Mustafayev həbs olunub.

İstintaq orqanı tərəfindən İsmayıl Mustafayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

İsmayıl Mustafayevin cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ceyhun Əhmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq./demokrat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*