Azərbaycanda tikilən 3 körpü ilə bağlı yeni – Videobackend

Azərbaycanda tikilən 3 körpü ilə bağlı yeni - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşasını yekunlaşdırmaq üzrədir.

KONKRET.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157,3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30,2 metr, 177,5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46,2 metr təşkil edir.

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14,5 metrdir.

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*