Azərbaycanda yeniyetmə salam vermədiyinə görə bıçaqlandıbackend

Azərbaycanda yeniyetmə salam vermədiyinə görə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Cəfərli Nihat Ceyhun oğlu bir neçə bıçaq yarası ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumatlara görə hadisəyə səbəb N.Cəfərlinin tanışı ilə aralarında yaşanan mübahisə olub.

Belə ki, yeniyetmələr salam vermək üstündə mübahisə edib. Sonradan mübahisə davaya çevrilib.

Nəticədə tanışı N.Cəfərliyə bıçaqla xəsarət yetirib.

Keçirilən əməliyyatla hadisəni törədən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*