Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, – baş nazir vurğulayıb.
Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir.
“Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, – Ermənistan rəhbəri əlavə edib.