Azərbaycanı İsraillə münasibətlərinə görə hədəfə alırlar? – AÇIQLAMAbackend

Azərbaycanı İsraillə münasibətlərinə görə hədəfə alırlar? – AÇIQLAMA

“Azərbaycanın İsraillə münasibətləri üzərindən ölkəmizin Fələstin məsələsindəki mövqeyinin təhrif olunması regional siyasi müzakirələrdə diqqət çəkən məsələlərdən biridir. Azərbaycan–İsrail əməkdaşlığı uzun illərdir mövcuddur və bu münasibətlər ölkəmizin müstəqil xarici siyasətinin tərkib hissəsidir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Lakin İsraillə əməkdaşlıq Azərbaycanın Fələstin xalqının hüquqlarını müdafiə etmədiyi anlamına gəlmir. Rəsmi Bakı ardıcıl olaraq Fələstin məsələsinin beynəlxalq hüquq normaları və iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib, eyni zamanda Fələstin əhalisinə humanitar yardım göstərib. Bu faktların nəzərə alınmadığı birtərəfli informasiya təqdimatı Azərbaycan haqqında yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Türkiyədə müəyyən siyasi və ictimai dairələrin Azərbaycan–İsrail münasibətlərini tənqid etməsi özlüyündə fikir ayrılığıdır, lakin həmin tənqidlərin faktlara əsaslanması və Azərbaycanın Fələstinlə bağlı rəsmi mövqeyinin də obyektiv təqdim edilməsi vacibdir”.

Politoloq vurğulayır ki, Azərbaycanın Fələstinə dəstək vermədiyi barədə iddialar isə rəsmi faktlarla uzlaşmır.

“Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan 2023-cü ildən başlayan gərginlik dövründə Fələstin əhalisinə 2 milyon ABŞ dolları həcmində humanitar yardım ayırıb, fələstinli tələbələrə təhsil təqaüdləri təqdim edib və Nablus şəhərində 600 şagirdlik məktəbin tikintisinə dəstək öhdəliyi götürüb. Bu faktların görməzdən gəlinməsi Azərbaycanın regional siyasətinin birtərəfli təqdim olunmasına xidmət edə bilər”.

Onun sözlərinə görə, belə informasiya kampaniyalarının mümkün məqsədlərindən biri Bakıya ictimai-siyasi təzyiq göstərmək və Azərbaycanı İsraillə münasibətlərinə yenidən baxmağa sövq etməkdir, lakin konkret kampaniyanın arxasında koordinasiyalı siyasi niyyətin dayandığını söyləmək üçün əlavə sübutlar lazımdır.

“Azərbaycan–Türkiyə strateji müttəfiqliyi də nəzərə alınmalıdır: ayrı-ayrı dairələrin mövqeyi Türkiyə dövlətinin rəsmi siyasəti ilə eyniləşdirilməməlidir. Azərbaycan isə həm Fələstin xalqının qanuni hüquqlarını müdafiə etmək, həm də İsraillə ikitərəfli münasibətlərini öz milli maraqları əsasında davam etdirmək hüququna malikdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*