Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilibbackend

Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri ilkin variantla müqayisədə 20 milyon manat artırılıb.

KONKRET.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat (2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 1,7 % çox), xərclərinin isə ilkin variantdakı kimi 42 milyard 400 milyon manat (+1,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 10,4 milyon manat çox – 47 milyard 619,2 milyon manat, xərclərinin isə 9,6 milyon manat az – 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.

Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.

Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7 % azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*