Azərbaycanın sabiq millət vəkili vəfat edib.
KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-2000-ci illər I çağırış deputatı olub.

