Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib.
KONRKET.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.
Görüş zamanı Zərdari iki ölkə arasındakı yaxın və qardaşlıq münasibətlərini vurğulayıb, ticarət və investisiyaların genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin energetika, regional əlaqəlilik və müdafiə sahələrində əməkdaşlıq perspektivlərini qabardıb, hərbi-sənaye əməkdaşlığındakı tərəqqini alqışlayıb və turizmin, eləcə də xalqlararası əlaqələrin inkişafında birbaşa aviaəlaqənin rolunu diqqətə çatdırıb.
Həmin gün Pakistan Prezidenti Norveç və İsveçrə səfirlərinin də etimadnamələrini qəbul edib. Görüşlərdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiyalar, energetika və texnologiyalar sahələrində möhkəmləndirilməsi imkanları müzakirə olunub.
