Ermənistan Ermənistan-Türkiyə sərhədini açmaq üçün Azərbaycan və Türkiyə ilə işləməyə davam edir.
KONKRET.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Azərbaycanın bu məsələ ilə bağlı müəyyən tərəddüdləri var. Proseslər hazırda həmin mərhələdədir. Lakin müəyyən həll yollarına çatmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik”, – Paşinyan qeyd edib.
Xatırlatma: Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması prosesinə 2022-ci ildə başlayıb.
