Azərbaycanlı müğənni qəzaya düşdü — FOTObackend

Azərbaycanlı müğənni qəzaya düşdü — FOTO 

Azərbaycanlı müğənni avtomobil qəzası keçirib.

KONKRET.az xəbər verir ki, qəza keçirən müğənni Vaqif Nağıyev bu barədə “Xəzər axşamı” proqramına telefon zəngi ilə qoşularaq məlumat verib:

“Verilişinizə gəlirdim, taksidə idik. Kaş öz maşınımla gələrdim. Gözüm telefonda idi, bilmədim necə oldu, bir də gördüm ki, göydəyik. Sürücünün vəziyyəti pisdir. İndi şahid kimi burada qalmışam. Taksi başqa maşınla toqquşdu. Bilmirəm günah kimdə oldu. Gəldiyim maşının yarısı yoxdur. Hazırda səhhətimdə ciddi bir şey olduğunu düşünmürəm. Müayinəyə gedəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*