AzTV-nin xanım əməkdaşını şantaj edən şəxsə hökm oxundubackend

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxsə hökm oxundu

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində şantajda ittiham edilən 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Yusif Səfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək, rüsvayedici şəkillər hazırlayaraq, qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib.

Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı “İnstagram” səhifəsində paylaşıb.

Araşdırmalarla həmin şəxs – 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*