Bağçalara qəbulla bağlı mühüm AÇIQLAMAbackend

Bağçalara qəbulla bağlı mühüm AÇIQLAMA

“Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı bir valideyn hər uşaq üçün eyni vaxtda üç növbə yarada bilər.  Növbələrdən biri sorğuya keçdikdə digəriləri avtomatik olaraq silinir. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum beş gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn və ya qanuni nümayəndə yeddi gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada aparılır: “Bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçirilir. Belə ki, valideynlər və ya qanuni nümayəndələr qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər. Qaydalara uyğun olaraq valideyn müvafiq sistem vasitəsilə növbə yaradır. Müraciət olunan bağçada boş yer olarsa, növbə sorğuya keçir, yəni uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir. Proses zamanı növbənin yaradılma vaxtı – saat, dəqiqə və saniyə də nəzərə alınmaqla əsas rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*