İstintaq Komitəsindən verilən məlumata görə, Naryan-Mar sakini altı yaşlı uşağın qətlinə görə tutulub.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Naryan-Mar şəhərində SSRİ-nin 60 illiyi adına prospektdəki “Nağıl” uşaq bağçasında baş verib. Günorta yuxusu zamanı bir şəxs bağçaya girərək yatmış uşağa ölümcül bir zərbə vurub, uşaq yerindəcə ölüb. Şübhəli şəxs dərhal tutulub, bu, 36 yaşlı yerli sakindir. Məlum olub ki, şəxs hadisə zamanı sərxoş olub. Cinayətin motivləri isə hələ bəlli deyil.
Müstəntiqlər azyaşlının öldürülməsi ilə bağlı cinayət işi açıblar. Bağça əməkdaşları və mühafizəçiləri isə təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərdiklərinə və səhlənkarlığa görə məsuliyyətə cəlb olunacaqlar.
İstintaq şübhəlinin ibtidai istintaq təcridxanasında saxlanılmasına israr edəcək.