“Bakı Bus” avtobusu yük maşınına çırpıldı – Videobackend

“Bakı Bus" avtobusu yük maşınına çırpıldı - Video

Bu gecə “Koroğlu” metrostansiyasının qarşısında “Bakı Bus”a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində avtobusa ciddi ziyan dəyib.

“Hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb. “Bakı Bus”a məxsus BMC markalı 99 JU 250 dövlət nömrə nişanlı avtobusla 99 HT 975 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”, – Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli hadisə haqda danışarkən deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*