Bakı metrosu gücləndirilmiş iş rejiminə keçirbackend

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə KONKRET.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

Eyni zamanda qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək:

“Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*