Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
KONKRET.az “Sumqayıt 24″ə istinadən xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.
Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.
