Bakı və Ankara Zəngəzur dəhlizi üçün anlaşdı – Ərdoğan açıqladıbackend

Bakı və Ankara Zəngəzur dəhlizi üçün anlaşdı - Ərdoğan açıqladı

Türkiyə Orta dəhlizlə bağlı özəl təmsilçi təyin etməyə hazırlaşır və bu yöndə iki qardaş ölkə səylərini birləşdirir; logistikalar uğrunda geostrateji savaşın dərinləşdiyi vaxtda bu xəttin açılması Azərbaycana geniş imkanlar verəcək

Yeni dünya düzəninin diktə etdiyi müasir çağırışlar şəraitində böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik səbəbindən Rusiya və Ukrayna ərazisindən keçən bir sıra mühüm nəqliyyat dəhlizlərinə maraq xeyli azalıb. Belə bir şəraitdə Orta dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin cəlbediciliyi artıb.

Xatırladaq ki, Orta dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb. Hazırda Orta dəhliz Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir.

Torpaqlarımızın işğaldan azad olunması Ermənistanın uzun illər blokadada saxladığı Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsinin təmin olunmasına imkan yaradır. Bu isə artıq tarixi zərurətə çevrilən Zəngəzur dəhlizi vasitəsilə mümkün olacaq. Zəngəzur dəhlizi blokadanı yarmaqla yanaşı, Orta dəhlizin mühüm seqmenti kimi Türkiyəyə, oradan da Avropaya çıxışı xeyli asanlaşdıracaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta dəhliz vasitəsilə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək.

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, üzv ölkələr arasında ticarətin inkişafı və Ortaq dəhlizin effektiv istifadəsi üçün xüsusi təmsilçi təyin edilməsi yönündə Prezident İlham Əliyev Şuşa sammitində təklif irəli sürüb. Ərdoğan bununla bağlı özəl təmsilçi təyin etməyə hazırlaşdıqlarını nəzərə çatdırıb: “Bununla bağlı xüsusi addım atmağa hazırlaşdığımızı bildirmək istəyirəm”. Şübhəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta dəhliz vasitəsilə gələn yükləri ötürmək imkanları daha da genişlənəcək. Türkiyənin Orta dəhlizlə bağlı özəl təmsilçi təyin etməyə hazırlaşması həm də o anlama gəlir ki, Zəngəzur dəhlizinin açılması üçün Bakı və Ankara səylərini birləşdirəcək.

Bu koridorun açılması prosesinin Ağ Evin yeni lideri Donald Tramp dönəmində sürətlənəcəyi də ehtimal edilir. Ərdoğan “dostum Trampı təbrik edirəm” mesajını verdi, həmkarı Əliyev də onu təbrik etdi, üstəlik, ABŞ-ın yeni seçilən prezidenti Baydendən fərqli olaraq qatı ermənipərəst deyil, dəhlizin işə düşməsi üçün dəstək verəcəyi və Ermənistana təzyiq göstərəcəyi gözlənilir. Əgər Fransa əngəl olmağa davam etməsə…

“Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycanın Zəngəzuru götürmək fürsəti mümkündür”,  – politoloq Suren Sarkisyan deyib. Onun sözlərinə görə, bunun fonunda çəkindirici mexanizmlər də nəzərə alınmalıdır. “Bəli, Azərbaycanın imkanı olacaq, lakin çətinliklər də olacaq”, – erməni analitik deyib.

Oqtay Qasımov: “Qərbin məqsədi yarımçıq sülh müqaviləsinin imzalanmasına  nail olmaqdır” | KONKRET

Oqtay Qasımov

KONKRET.az xəbər verir ki, siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a dediyinə görə, Ərdoğanın bu fikri çox maraqlıdır: “İlk dəfə idi ki, bu niyyət bəyan olunurdu. Söhbət tək Zəngəzur dəhlizindən getmir, bu yol Orta dəhlizin bir komponentidir, ümumiyyətlə, bu logistikanın fəaliyyəti üçün xüsusi təmsilçilikdən danışılır. Məncə, iki ölkə potensiallarını bir araya gətirərək, bu istiqamətdə praktiki addımlar atacaq. Bilirsiniz ki, dəhlizin işləməsi üçün tariflər və bir sıra məsələlər də həll olmalıdır. Türkiyə bu dəhlizin dayanıqlı və təhlükəsiz işləməsində maraqlı olan tərəfdir. Ona görə ortaq mövqelərin birləşdirilməsi göz qabağındadır”.

O.Qasımovun fikrincə, Trampın dəhlizin açılmasına dəstəyini əminliklə söyləmək çətindir: “Çünki ziddiyyətli siyasətçidir, proqnozlaşdırıla bilən şəxs deyil. Onun əsas prinsiplərindən biri Çinlə olacaq. Tramp əvvəlki hakimiyyəti dövründə də Çinlə ticarət savaşı aparmışdı, Amerikanın əleyhinə mənfi saldonu aşağı salmağa çalışırdı. Çünki ABŞ-ın istehsalı Çindən aşağı idi. O baxımdan Trampın Çinin marağı olan Orta dəhlizə dəstək verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Amma Avropa İttifaqı bu məsələdə maraqlıdır və maliyyə ayırmaq qərarı verib. Sadəcə, elə bir qlobal nəqliyyat layihəsidir ki, Amerika özünün maraqlarından çıxış edəcək. Bütün hallarda ABŞ Orta dəhlizin açılmasının qarşısını ala bilməyəcəyini bildiyi üçün hansısa şəkildə öz iştirakını təmin etməyə çalışacaq”.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırma Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, Orta dəhliz ümumi bir marşrutdur, bütün yol Azərbaycan ərazisindən ibarət deyil: “Azərbaycan bu yolun açılması üçün xüsusi təmsilçi olması ideyasını təklif edib. Orta dəhlizlə bağlı müxtəlif platformalarda ayrı-ayrı ölkələrin nümayəndələri, liderləri fikirlər səsləndirir, amma pərakəndəlik müşahidə olunur, ona görə də koordinasiya xarakterli iş aparmaq üçün təmsilçi təyinatına ehtiyac var. Bu təmsilçi Türkiyədən, yaxud Azərbaycandan olmaya bilər. Yəni bir qrup yaradıla bilər, dəhlizin açılmasında iştirakçı ölkələrdən bir təmsilçi seçilə bilər. Əsas məsələ budur ki, ortada bir niyyət var”. 

X.Bəşirov hesab edir ki, Türkiyə və Azərbaycan ortaya konkret mövqe qoyurlar: “Çünki dəhlizin reallaşması üçün 4 il keçib, hansısa halqada qırılma görünməkdədir. Bu yubanma var və dəhlizin yerləşdiyi yolda yerləşən hər bir ölkənin bu koordinasiya mərkəzində yanaşması vacibdir. O zaman daha aydın şəkildə diaqnoz qoyula bilər ki, dəhlizin açılmasına əngəl olan səbəblər və ya qüvvələr kimlərdir. Biz bunu müəyyən edərək iş aparmalıyıq”. Siyasi şərhçi Orta dəhlizin açılmasının qaçılmaz olduğunu düşünür: “Bütün hallarda bu logistika işə düşəcək. Burada müxtəlif güc mərkəzlərinin fərqli baxışları var. Amma ümumən Çindən Avropaya qədər nəhəng, qısa və gəlirli bir kommunikasiya hərəkətdə olacaq. Təbii ki, malların tez bir vaxtda, daha az xərclə çatdırılmasına kömək edəcək. Zəngəzur dəhlizi bu marşrutun bir hissəsidir. Hazırda Ermənistan yola nəzarəti Rusiyaya vermək istəmir, İran əleyhinə çıxır, ona görə də mürəkkəb vəziyyət yaranıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*