Bakı Apellyasiya Məhkəməsində 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxslərdən birinin hüquqi varisinin nümayəndəsi və təqsirləndirilən şəxsin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilib. Belə ki, onun ) ay müddətinə azadlıqdan məhrum 9 il 10 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 10 ay 5 günə endirilib.
İttihama görə, Fəxrəddin Cavanşirov vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.
İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə aldadıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən F.Cavanşirova bu dəfə 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddə ilə ittiham elan edilib.
Qeyd: Fəxrəddin Cavanşirov 2021-ci ildə 165 min manatlıq dələduzluq işinə görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.