Bakıda 18 nəfərə qarşı dələduzluq etməkdə suçlanan 3 dosta hökm oxundubackend

Bakıda 18 nəfərə qarşı dələduzluq etməkdə suçlanan 3 dosta hökm oxundu

Bakıda 18 nəfərə qarşı dələduzluq etməkdə suçlanan şəxslərin məhkəməsi başa çatıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda suçlanan 1983-cü il təvəllüdlü Əlirza Mehdiyev, 1962-ci il təvəllüdlü İmaməli Rəhimov və 1978-ci il təvəllüdlü İsmayıl Nəzəriliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, İsmayıl Nəzərəliyev 9 il, Əlirza Mehdiyev 9 il, İmaməli Rəhimov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 18 nəfərin etibarından sui-istifadə edərək onların pullarını məniməsəyərək dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərdən Əlirza Mehdiyev istintaqdan bir müddət yayınıb. Onun barəsində axtarış elan olunub və tutularaq istintaqa cəlb olunub.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Həbs edilən şəxslər iş qurmaq, ev satmaq adı ilə vətəndaşları aldatmaqda ittiham olunurlar./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*