Bakıda 25 yaşlı gənc bıçaqlandıbackend

Bakıda 25 yaşlı gənc bıçaqlandı

Bakıda 25 yaşlı gənc bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Novruzov Sakit Məhəmməd oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

S.Novruzova xəsarət yetirməkdə qardaşı şübhəli bilinir.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*