Bakıda 26 milyona tikilən məhkəmə binası… – Fotobackend

Bakıda 26 milyona tikilən məhkəmə binası... - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisi davam edir.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, Bakı İstintaq Təcridxanası (“Kürdəxanı” təcridxanası) ilə üzbəüz inşa olunan kompleksdə işlər bu ilin fevral ayından başlayıb.

Layihənin iki il ərzində təhvil verilməsi nəzərdə tutulub.

Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi Ədliyyə Nazirliyinin elan etdiyi tenderdən sonra “TVM İnşaat” şirkətinə həvalə edilib.

Kompleksin tikintisi 25 milyon 781 min manata başa gələcək.

Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*