Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın öldü – Fotobackend

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın öldü - Foto

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*