Azyaşlıya bıçaq xəsarəti yetirən şəxs saxlanıldı – YENİLƏNİBbackend

Azyaşlıya bıçaq xəsarəti yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bu gün Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

23:43

Polis Bakıda 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı müvafiq polis bölməsi tərəfindən araşdrıma aparılır.

Daxil olan məlumat üzrə ilkin əməliyyat axtarış tədbirləri həyata keçirilir. Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb.

Bıçaqlanan 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Artur oğlu Yevlax rayon sakinidir.

22:58

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*