Bakıda ailə üzvləri bıçaqlandı, ata öldürüldübackend

Bakıda ailə üzvləri bıçaqlandı, ata öldürüldü

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Xəsarət alan daha bir nəfər, nəvə 1997-ci il təvəllüdlü Elbrus Ağalarovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*